Cəmiyyət


AZƏR-ÇEX Azərbaycanlıların Çexiyadakı ilk Cəmiyyəti 28.May 2003 ildə Çexiya Respublikasının paytaxtı Praqada 30 dan çox həmyerlimizin təşəbbüsü və iştirakı ilə demokratik prinsiplər əsasında yaradilmışdır.

Əsas məqsədimiz Azərbaycan xalqının mənafeyinə uyğun fəaliyyətlə məşgul olmaq və Çexiyada yaşayan həmyerlilərimizə mədəni və sosial qayğı göstərməkdir. Bundan başqa, təşkilat Çexiya Respublikasının müxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil etməyi də planlaşdırır. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli keçməsiylə yanaşı həm də yerli vətəndaşlara və ümumilikdə Çex cəmiyyətinə Vətənimizi layiqincə tanıtmaq üçündür. Teshkilatin gorduyu ishler Fealiyyet bolumunde yerleshdirilib.