Ümumi məlumat

Çexiya Respublikası Avropanın mərkəzində yerləşir və 1,2 milyon əhalisi olan paytaxtı Praqa şəhəridir. Ölkənin Almaniya Federadif Respublikası (810,3 km), Avstriya(466,3 km), Polşa (761,8 km) və Slovakiya Respublikası (251,8 km) ilə sərhədləri vardır. Ölkəyə daxil olmaq üçün minimum 6 ay müddətinə etibarlı "xarici pasport" olması labüddür. Birçox Avropa ölkələri və ABŞ vətəndaşları üçün viza tələb olunmur. Lazım olduqda Çexiya Respublikasının xarici ölkələrdə yerləşən elçilikləri 30günlük turist və ya 48saatlıq tranzit viza verir. Çexiya Respublikasında istifadə olunan dövlət dili çex dilidir, slovak dili də anlaşılır. Əhaliin çox hissəsi ingilis və alman dillərinin əsaslarını bilir. Hotellərdə, restoranlarda, turist şirkətlərində, abidələrdə və birçox alış-veriş mərkəzlərində ingilis, alman və ya fransız dillərində anlaşmaq mümkündür.

Sahəsi78 864 km2
  
Əhalisi10 230 060 (2001)
  
Dövlət diliçex
  
Siyasi sistemparlament respublikası
  
Pul vahidiçex kronu (Kč)
  
ŞəhərlərPraqa, Brno, Plzen, Mlada Boleslav, České Budějovice, Olomouc
  
Ərazi bölgüsü14 Vilayət
  
Dini etiqad39,2 % katoliklər, 39,7 % dinsizlər
  
Tarixi şəxslər:Çex Ata - Əfsanəyə görə, Říp dağinın ətrafını Çex xalqına məskən salmışdır,
  
Premısl - Çex və Moraviyanı birləşdirməyə və ilk dövlətçiliyə nail olmuşdur (995ci il), IV.Karel - Çexiya Kralı - məs. Orta Avropada ilk Universiteti o yaratmışdır (1348ci il).
  
T.Q.Masarik- Çexoslavakiya respublikasının İlk Prezidenti (1918ci il) Vaclav Havel - Çexiya Respublikasının prezidenti (1993-2003)
  
Sənaye:Çexiyada sənayenin hər sahəsi qədim inkişaf tarixinə malikdir. Məsələn, dünya şöhrətli Škoda automobil şirkətinin tarixi 100 ildən çoxdur. Bundan başqa ölkədə Tatra, LIAZ, Avia automobil zavodları, KAROSA autobus və ZETOR traktor zavodları, hərbi təlim üçün təyyarə istehsal olinut. Sənayenin bütün sahələri inkişaf etdirilir və dünya bazarında rəqabət edici qüvvəyə malikdir.
  
Bayram günleri 1. yanvar - Yeni İl, Müstəqil Çex dövlətinin dirçəliş günü
1. May - İşçilərin bayramı
8. May - Qələbə bayramı (1945)
5. Iyul- Slovan muqeddesleri Kiril və Mefodeyin günü
6. Iyul - Öndər Yan Husun yandırıldığı gün (1415)
28. Sentyabr - Çex dövlətçiliyi günü
28. Oktyabr - Müstəqil Çexoslovakiya dövlətinin yaranma tarixi (1918)
17. Noyabr - Azadliq və demokratiya uğrunda mübarizə günü
24.-26. Dekabr - Milad Bayramı