Çexiya Respublikası


1.5.2004 tarixinden Çexiya Respublikası Avropa Birliyinin uzvudur

Çexiya Respublikası Avropanın mərkəzində yerləşir və paytaxtı 1,2 milyon əhalisi olan Praqa şəhəridir. Ölkənin Almaniya Federadif Respublikası (810,3 km), Avstriya(466,3 km), Polşa (761,8 km) və Slovakiya Respublikası (251,8 km) ilə sərhədləri vardır. Ölkəyə daxil olmaq üçün minimum 6 ay müddətinə etibarlı "xarici pasport" olması labüddür. Birçox Avropa ölkələri və ABŞ vətəndaşları üçün viza tələb olunmur. Lazım olduqda Çexiya Respublikasının xarici ölkələrdə yerləşən elçilikləri 30günlük turist və ya 48saatlıq tranzit viza verir. Çexiya Respublikasında istifadə olunan dövlət dili çex dilidir, slovak dili də anlaşılır. Əhaliin çox hissəsi ingilis və alman dillərinin əsaslarını bilir. Hotellərdə, restoranlarda, turist şirkətlərində, abidələrdə və birçox alış-veriş mərkəzlərində ingilis, alman və ya fransız dillərində anlaşmaq mümkündür.